“Bəzi fəaliyyət növlərinin sadələşdirilmiş vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik bu işçilərin vergiyə cəlb edilməsi üçün deyil”.
Bunu Milli Məclisin plenar iclasında vergilər naziri Fazil Məmmədov bildirib.
“Bəzi fəaliyyət növlərinin sadələşdirilmiş vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik bu işçilərin vergiyə cəlb edilməsi üçün deyil”.
Bunu Milli Məclisin plenar iclasında vergilər naziri Fazil Məmmədov bildirib.
Rusiya Bankı (Mərkəzi Bank) bu gün, dekabrın 16-da keçirdiyi növbəti iclasında gözlənildiyi kimi uçot dərəcəsini dəyişdirməyərək 10% səviyyəsində saxlayıb. Rusiya Bankı tərəfindən verilən açıqlamaya əsasən, Direktorlar Şurası inflyasiya və iqtisadi fəallığı ümumən proqnozlara uyğun hesab edib, inflyasiya risklərinin bir qədər azaldığını qeyd edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqı ölkələrinin Azərbaycanda olan səfirlər ilə görüşüb. Görüşdə məqsəd Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Milli iqtisadiyyatın strateji yol xəritələrini avropalı diplomatlara təqdim etmək olub. Xüsusi olaraq vurğulanıb ki, Strateji Yol Xəritəsi Azərbaycan iqtisadiyyatının qlobal və regional çağırışlara cavab verməsinə hesablanıb.
Son günlər bəzi KİV-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adından guya Tarif Şurasına təbii qazın qiymətinin 1 kubmetr üçün 13 qəpik səviyyəsində müəyyənləşdirilməsi ilə bağlı müraciət edildiyi, buna baxmayaraq, Şura tərəfindən fərqli, daha yüksək tariflərin təsdiq edilməsi ilə əlaqədar dərc olunmuş məlumatlar həqiqəti əks etdirmir.
Azərbaycan Hesablama Palatasına dövlət və icmal büdcələrinə nəzarət ilə bağlı yeni səlahiyyət verilib.
Milli Məclisin iclasında "Büdcə sistemi haqqında" qanunun bəzi maddələrinə əlavə və dəyişikliklər müzakirə edilib.
"ABŞ neft qiymətlərinin aşağı düşməsində maraqlı deyil".
Bunu Bakıda keçirdiyi brifinqdə ABŞ-ın neftin qiymətinin dünya bazarlarında bahalaşmasına mane olan əsas qüvvə olması ilə bağlı yayılan fikirlərə münasibət bildirən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib.
"Nağdsız hesablaşmalar haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq edilib.
Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qadağa tətbiq ediləcək.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.
Məcəlləyə edilən əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağan edilir.
Bu qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Mənbə: Report.az
Azərbaycanın 2017-ci il dövlət büdcəsinin layhəsi Milli Məclisin bügünkü plenar iclasında səsə qoyularaq təsdiqlənib.
Dəyişikliklər nəzərə alınmaqla, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16,255 mlrd. manat, xərcləri 16,904 mlrd. manat həcmində təsdiqlənib.
Azərbaycanın 2017-ci il dövlət büdcəsinin layhəsi Milli Məclisin bügünkü plenar iclasında səsə qoyularaq təsdiqlənib.