Bu ölkədə gecə saatlarında spirtli içkilərin satışına qadağa qoyulub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 121 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--over-time.tpl.php).

Bu ölkədə gecə saatlarında spirtli içkilərin satışına qadağa qoyulub

Müəllif:Mehin Qasımova,Banco.az

Polşanın Lodz şəhərində gecə saatlarında spirtli içkilərin satışı qadağan edilib.

Banco.az xəbər verir ki, mağazalarda və yanacaqdoldurma məntəqələrində saat 22:00-a qədər spirtli içki satışı qadağan ediləcək. 

Bu addım Polşanın 180 bələdiyyəsində, o cümlədən Krakov, Vroslav, Poznan və Qdansk kimi böyük şəhərlərdə oxşar qadağaların tətbiqindən sonra atılıb.

Qadağanın səbəbləri arasında ictimai təhlükəsizliyin və asayişin artırılması, ətraf mühitin təmizliyinin yaxşılaşdırılması və səs-küy səviyyəsinin azaldılması daxildir.

Eyni zamanda, bar və restoranlar bu qadağadan təsirlənməyəcək.

Qadağaya əməl etməyən müəssisələr 30.000 zlotiyə (təxminən 7.000 avro ) qədər cərimə və içki satış lisenziyası ləğv oluna bilər.

Ötən ay Polşanın paytaxtı Varşavada gecə saatlarında spirtli içkilərin satışını qadağan edən pilot sxem işə salınıb.