Avtomobil idxalı azalıb


ABŞ Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi son qərardan sonra dünya bazarlarında dolların məzənnəsinin bahalaşması ilə bağlı gözləntilər aktualdır.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rəhbərliyində dəyişiklik baş verib.
Bankın baş direktoru Abbas Nəsibov işdən çıxıb.
Onun yerinə bu vəzifəyə Vasif Əhmədov təyin olunub.
NBCBank-ın plastik kart sahibləri bu gündən etibarən öz plastik kartlarına vəsaitlərini Banka gəlmədən, "E-manat" terminalları vasitəsilə və günün istənilən vaxtı yatıra bilərlər.
Qeyd edək ki, hal-hazırda vəsaiti yalnız AZN valyutası ilə yatırmaq mümkündür.
İqtisadçı ekspert Vüqar Bayramov Federal Ehtiyatlar Sistemi (FES) uçot stavkasının artırılması barədə qəbul etdiyi qərar və onun nəticələri barəsində açıqlama verib. Vüqar bəy bildirib ki, "Son 10 ildə ikinci artımları şərtləndirən FES qərarı elan edildikdən sonra qlobal valyuta və əmtəə bazarları bu addıma dərhal reaksiya verdi. Dollara nisbətən dəyərsizləşən Avropa pulu dünya bazarında 1 avro 1.048-dək ucuzlaşıb.
Banco.az Azərbaycan Respublikasının Mərkəzi Bankına istinadən xəbər verir ki, 15 dekabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilmişdir.
Hərrac 1 ABŞ dolları üçün 1,7475 məzənnəsi ilə başlamış və 1,7525 məzənnəsi ilə yekunlaşmışdır.
Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra ABŞ dollarının indeksi rallini davam etdirərək 0,57% möhkəmlənib və 102,32 səviyyəsində qərarlaşıb. Bunadək indeks 102,62 səviyyəsinədək möhkəmlənməyi bacarıb ki, bu da 2003-cü ilin yanvar ayından etibarən ən yüksək göstəricidir.
ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları 3-9 dekabr həftəsində əvvəlki həftə ilə müqayisədə 2,6 mln. barel və ya 0,5% azalaraq 483,2 mln. barelə kimi geriləyib. "Bloomberg" agentliyinə istinadən verilən xəbərə görə, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsindən məlumat verilib.
Azərbaycanda gələn il üçün neft hasilatı üzrə proqnoz OPEK ölkələri və digər istehsalçılar tərəfindən dekabrın 10-da Vyanada əldə olunmuş neft hasilatının azaldılması üzrə razılaşmaya uyğundur.
Bu barədə Energetika Nazirliyindən bildiriblər.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla milli reytinq agentliklərinin yaradılması imkanlarını qiymətləndirəcək. Müvafiq qərara uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq.