"Premium Bank"ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb | Banco.az

"Premium Bank"ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb

"Premium Bank"ın İdarə Heyətinin sədri Kamil Lətifov bankdan ayrılıb.

Bu barədə  bankdan bildirilib.

    Qeyd edilib ki, Kamil Lətifov öz təşəbbüsü ilə vəzifəsindən ayrılıb. Hələlik bankın İdarə Heyətinə yeni sədr təyinatı olmayıb. Səhmdarların yeni qərarına kimi sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Mahir Nəcəfov icra edəcək.

    Xatırladaq ki, bankın İdarə Heyətində hazırda Mahir Nəcəfovla yanaşı İH-yə üzv olaraq Fərid Abbasov da təmsil olunur.

    Məlumat üçün deyək ki, "Premium Bank" 1993-cü ildə yaradılıb. Bankın səhmlərinin 84,5%-i AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərova, 15,22%-i "VIP Aviation Services" MMC-yə, 0,32 %-i isə Elvira Əhmədovaya məxsusdur.

    apa