ABŞ və Argentina mühüm mineralların tədarükü ilə bağlı müqavilə imzalayıblar | Banco.az

ABŞ və Argentina mühüm mineralların tədarükü ilə bağlı müqavilə imzalayıblar

Müəllif:Mehin Qasımova,Banco.az

Argentina və ABŞ-ın vacib mineralların tədarükünü gücləndirmək üçün razılığa gəldiyi bildirilir.

Banco.az xəbər verir ki, Argentina Xarici İşlər Nazirliyi Vaşinqtonla mühüm minerallarla bağlı imzalanmış müqavilə ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda qeyd olunur ki, müqavilə Argentina üçün iqtisadi və istehsal yönümlü artım baxımından əhəmiyyətli bir fürsət təqdim edir.

Bəyanatda müqavilənin iki ölkə arasında strateji tərəfdaşlığı təsdiqlədiyi və tərəflərin təhlükəsiz, güclü və rəqabətli təchizat zəncirinin inkişaf etdirilməsinə sadiq olduqları vurğulandığı qeyd edilib.