Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 5%-ə yaxın artıb | Banco.az

Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 5%-ə yaxın artıb

2025-ci ildə Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri milyard 590 milyon 994 min ABŞ dollarına bərabər olub.

 Dövlət Gömrük Komitəsinin hesabatına əsasən ötən il yeyinti məhsulları üzrə idxalın dəyəri əvvəlki illə müqayisədə 4.7% çoxdur.

    Ötən il qida məhsullarının ümumi ölkə idxalında çəkisi 10.63% təşkil edib.

    Hesabat dövründə ölkəyə 117 milyon 964 min ABŞ dolları dəyərində 47 641 ton ət idxal edilib ki, bu da əvvəlki illə müqayisədə dəyər baxımından 8.9%, həcm baxımından isə 18.8% azalıb.

    Ötən il ölkəyə 32 milyon 208 min ABŞ dolları dəyərində ( 30% çox) 18 319 ton (18.4% çox) süd idxal olunub.

    Ölkəyə həmçinin 172 milyon 637 min ABŞ dolları (0.6az) dəyərində 24 917 ton (15.9% azalıb) kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub.