Dünya bazarında neft ucuzlaşır | Banco.az

Dünya bazarında neft ucuzlaşır

Neft qiymətləri əvvəlki gün güclü artımdan sonra cümə axşamı səhəri düşür.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında aprel ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,47 dollar (2,12%) az olmaqla 67,99 dollar/barel təşkil edib. Çərşənbə günü bu müqavilələr 2,13 dollar (3,16%) artaraq 69,46 dollar/barelə çatıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) mart ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti 1,42 dollar (2,18%) azalaraq bir barel üçün 63,72 dollara düşüb. Əvvəlki sessiyada onların qiyməti 1,93 dollar (3,05%) artaraq bir barel üçün 65,14 dollara düşüb.

Yaxın Şərqdəki vəziyyət bazarın diqqət mərkəzində olaraq qalır.

Vaşinqton və Tehranın Omanda danışıqlar aparmaq barədə razılığa gəlməsi xəbəri ABŞ-İran münaqişəsinin gərginləşməsi ilə bağlı narahatlıqları azaldıb. Münaqişənin gərginləşməsi təkcə İrandan deyil, həm də regiondakı digər ölkələrdən neft tədarükündə fasilələrə səbəb ola bilər.