Azər Türk Bank-da da hüquqi şəxslərin depozitləri 6% artıb | Banco.az

Azər Türk Bank-da da hüquqi şəxslərin depozitləri 6% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azər Türk Bank-ın depozit portfeli 31 dekabr 2025-ci il tarixinə 1 milyard 554 milyon 180 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 94 milyon 214 min manat və ya 6,5% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 232 milyon 7 min manat, hüquqi şəxslərin depozitləri isə 1 milyard 322 milyon 173 min manat təşkil edib. 

İllik müqayisədə fiziki şəxslərin depozitləri 18 milyon 880 min manat (8,9%), hüquqi şəxslərin depozitləri isə 75 milyon 334 min manat (6%) artıb. 

2024-cü ilin  eyni dövründə depozitlərin məbləği müvafiq olaraq 213 milyon 127 min manat və 1 milyard 246 milyon 839 min manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram