Müəllif:Mehin Qasımova,Banco.az
Çinin qızıl ehtiyatları ardıcıl 14 aydır ki, artmaqda davam edir. Bununla yanaşı, ölkədə qızıl istehlakının 2025-ci ildə illik müqayisədə 3,57% azalacağı proqnozlaşdırılır.
Banco.az xəbər verir ki, Çin Qızıl Assosiasiyasının açıqladığı məlumata görə, ölkə 2024-cü ilin noyabr ayından 2025-ci ilin dekabr ayınadək ardıcıl olaraq qızıl ehtiyatlarını artırıb. Təkcə 2025-ci il ərzində 26,75 ton qızıl ehtiyatlara əlavə edilib və ilin sonuna qədər Çinin ümumi qızıl ehtiyatları 2 306,32 tona çatıb.
Eyni zamanda, Çində qızıl istehlakında azalma müşahidə olunur. Proqnozlara görə, 2025-ci ildə qızıl istehlakı əvvəlki illə müqayisədə 3,57% azalaraq 950,1 ton təşkil edəcək. Mütəxəssislər bunu qızıl qiymətlərinin yüksək qalması və istehlakçı davranışlarında dəyişikliklərlə əlaqələndirirlər.
Digər tərəfdən, Çinin daxili qızıl istehsalı artım nümayiş etdirib. Belə ki, ölkədə qızıl hasilatı illik müqayisədə 1,09% artaraq 381,3 tona yüksəlib.
