EBRD Azərbaycandakı kredit portfelini artırıb | Banco.az

EBRD Azərbaycandakı kredit portfelini artırıb

Bu il yanvarın 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı kredit portfeli 1,082 milyard avro təşkil edib.

EBRD-yə istinadən xəbər verir ki, bu, ötən il dekabrın 31-i ilə müqayisədə 30 milyon avro və yaxud 2,85 % çoxdur. 

Yanvarda EBRD-nin Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 33-dən 34-də çatıb. 

Portfelin 92 %-i və yaxud 995 milyon avrosu dayanıqlı infrastrukturun inkişafına, 5 %-i və yaxud 54 milyon avrosu korporativ sektora, 3 %-i və yaxud 33 milyon avrosu isə maliyyə institutlarına yönəldilib.

Ümumilikdə EBRD Azərbaycana 196 layihə çərçivəsində 4,059 milyard avrodan çox investisiya yatırıb.

Bu il yanvarın 31-nə bankın ölkədəki əməliyyat aktivlərinin məbləği ötən il dekabrın 31-nə nisbətən 0,4 % və yaxud 3 milyon avro azalaraq 751 milyon avro təşkil edib.

2024-cü ildə EBRD Azərbaycanda 8 layihəyə ümumilikdə 199 milyon avro kredit verib. Bu, 2023-cü illə müqayisədə 27,6 % və yaxud 43 milyon avro çoxdur. Bank əvvəlki il iki layihəni maliyyələşdirib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram