Azərbaycanda I yarımildə 100 minə yaxın pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib | Banco.az

Azərbaycanda I yarımildə 100 minə yaxın pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

Bu ilin yanvar-iyun aylarında 97 208 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Banco.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onlardan 22 690-ı pensiya, 65 564-ü müavinət və 8 954-ü təqaüd təyinatıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram