Müəllif: Gülnar Əhmədli, Banco.az
Finlandiyada təbiətlə harmoniyada işləmək istəyənlərin diqqətini cəlb edən qeyri-adi iş elanı yayımlanıb. Şirkət tətil zamanı ətrafdakı təbii qoxuları hiss edəcək və onların cəlbediciliyini qiymətləndirəcək əməkdaş axtarır.
Banco.az xəbər verir ki, namizədin ağacların, dənizin və çiçəklərin qoxularını müşahidə etməsi, onların nə dərəcədə xoş təsir bağışladığını qiymətləndirməsi gözlənilir. Daha sonra isə əldə etdiyi təəssüratları və müşahidələrini şirkətlə bölüşməlidir.
Elanın diqqətçəkən məqamlarından biri də təklif olunan əməkhaqqıdır. Məlumata görə, bir həftəlik iş üçün namizədə təxminən 2 000 avro ödəniləcək. İş vaxtı 2027-ci ilin may və iyun ayları ərzində 5-7 gün olacaq.
Bundan əlavə, şirkət nəqliyyat, yaşayış və yemək xərclərini də qarşılayacaq. Beləliklə, namizəd həm təbiət qoynunda bir həftə keçirə, həm də bu müddətdə gəlir əldə edə biləcək.
Bununla belə, müraciət şərtləri, seçiləcək namizədlərin sayı və işə qəbul prosesi ilə bağlı əlavə məlumatların dəqiqləşdirilməsi vacibdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
