Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask “Amazon”a rəqib olacaq yeni layihənin yaradılmasına işarə edib.
Banco.az xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin baş icraçı direktoru İlon Mask “Grok” süni intellekt köməkçilərinin “Amazon” vasitəsilə alış-veriş etməsinin qarşısı alındıqdan sonra elektron ticarət nəhənginə rəqib ola biləcək yeni layihə yarada biləcəklərinə işarə edib.
Mask “X” sosial şəbəkəsində bir istifadəçinin “Amazon”un “Grok” botlarının sifariş verməsini əngəlləməsi ilə bağlı paylaşımına cavab verib.
İstifadəçi paylaşımında yazıb: “Amazon” “Grok” botlarının sifariş verməsinə mane olur. İlonun buna cavabı isə botun alış-verişi başqa platformadan etməsini təmin etməkdir. “Grok” botlarımdan biri yalnız “Amazon” sifarişlərimin qaytarılması ilə məşğul olur, buna görə də vəziyyəti yaxından izləyirəm. Botum üçün mağazanı dəyişərdimmi? İlon, məncə, “X Shop” açmağın vaxtı çatıb”.
Bizi sosial şəbəkələrdən izləyin!!
