Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya və Fransa Aİ-nin 2035-ci il mühərrik qadağasının yumşaldılması barədə razılığa gəlib.
Banco.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqının (Aİ) 2035-ci ildən qüvvəyə minməsi nəzərdə tutulan daxiliyanma mühərriklərinə dair qadağasının yumşaldılmasını təmin edəcək dəyişikliklər barədə razılığa gəldikləri bildirilib.
Almaniyanın “Handelsblatt” iqtisadi qəzetinin xəbərinə görə, Almaniya və Fransa Avropa Komissiyasının avtomobil sənayesinə dair sərt qaydalarını yumşaltmaq məqsədilə birgə strategiya hazırlayıb.
İki ölkənin razılaşdırdığı strategiya Avropa Komissiyasının mövcud qanun layihələrinə birbaşa dəyişiklik edilməsini nəzərdə tutur.
Qarşılıqlı siyasi güzəştlərə əsaslanan razılaşma çərçivəsində Almaniya kansleri Merts avtomobil sənayesinin iqlim hədəflərinə uyğunlaşmaq öhdəliklərini yüngülləşdirəcək dəyişiklikləri dəstəkləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
