Bu ilin iyulun 1-nə Azərbaycanda dövlət büdcəsinə artıq ödəmələr 2 milyard 861,1 milyon manat təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir.
Sənədə əsasən, bu ilin əvvəli ilə müqayisədə 460,4 milyon manat və ya 19,2% çoxdur.
Son 1 ildə isə büdcəyə artıq ödəmələr 142,3 milyon manat və ya 5,2% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
