Azərbaycanın böyük şəhərlərində artan müştəri kütləsinə bank xidmətləri göstərmək məqsədi ilə “Bank of Baku”-nun Sumqayıt şəhərində daha bir filialı fəaliyyətə başlayıb.”Yeni Sumqayıt” adlı filial “Bank of Baku”-nun Sumqayıt şəhərində sayca artıq ikinci filialıdır.Filialda istehlak və biznes kreditləri rəsmiləşdirmək, əmanət yerləşdirmək, pul köçürmək, kredit kartları əldə etmək və bir çox digər xidmət və məhsullardan faydalanmaq olar. Filialın açılışı münasibətilə “Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə bildirib ki, bank özünün filial şəbəkəsinin genişləndirilməsini yeni inkişaf str
Volkswagen Polo Sedan qazanmaq imkanı!
Bank Technique” ASC əmanətçilərə “Şans” depoziti üzrə avtomobil qazanmaq fürsəti verən “Şans Technique” adlı stimullaşdırıcı lotereyasını davam etdirir.
Lotereyanın şanslı qalibi Volkswagen Polo Sedan Highline markalı avtomobilin sahibi olacaq.
DəmirBank iyul ayının nəticələrini elan edib
DəmirBank-ın aktivləri 1 avqust 2013-cü il tarixinə 375,1 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə qeyd edilən tarixə 290,6 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 avqust 2013-cü il tarixinə 173,3 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 avqust 2013-cü il tarixinə 140,8 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 17,1% və ya 20,6 mln. manat çoxdur.
Bankın 1 avqust 2013-cü il tarixinə məcmu kapitalı isə 56,3 mln. manat olub.
“AtaBank”ın maaş kartlarının sahiblərinə kredit fürsəti
“AtaBank” ASC “Express Kredit” məhsulunu təklif edir. Bankın yaydığı məlumata görə, kreditin maksimal məbləği 5000 manat, müddəti isə 48 ay təşkil edir. “Express Kredit”də faiz dərəcəsi 12 ayadək kreditlər üçün illik 22%, 12 aydan yuxarı kreditlər üçün illik 24 % təşkil edir.
Parabank “Transfer” krediti məhsulunu təqdim edir
Prabank “Transfer” kredit məhsulun təqdim edir! Parabankda pul köçürmələri, KOMİS və telefon ödənişləri edən müştərilərə arayışsız 2500 Azn-dək kredit. Şərtlər: Parabankda pul köçürmələri, KOMİS və telefon ödənişləri üzrə son 5 ay ərzində 3 dəfə, 7 ayda 4 dəfə, 9 ayda 5 dəfə və son 12 ayda 6 dəfə dövriyyə edən müştərilərə aid edilir.Əlavə məlumat üçün Banka zəng 139 xidmətindən istifadə edə bilərsiniz!
Rabitəbank-ın nizamnamə kapitalı 51 mln. manatı ötdü
Rabitəbank ASC nizamnamə kapitalını növbəti dəfə atrıraraq 51,4 milyon manata çatdırdı. 2013-cü ilin əvvəlindən etibarən Rabitəbank üçüncü dəfədir ki, nizamnamə kapitalını artırır. Bununla da Rabitəbank, Mərkəzi Bankın ölkə banklarının nizamnamə kapitalının minimumuna qarşı tələbi artıq tam yerinə yetirdi.
Bank Standard özünün prosessinq mərkəzinə keçdi!
Bank plastik kartlar üzrə xidmətini bütövlükdə özünün prosessinq mərkəzinə keçirir. Bununla da Bank Standard müştərilərinə yüksək keyfiyyətli və operativ xidmət göstərməklə bərabər, yeni, daha unikal və innovativ məhsullar təqdim edə biləcək. Həmçinin müştərilər bütün kart hesabları üzrə əməliyyatları real vaxt rejimində həyata keçirəcəklər. Xüsusilə qeyd etmək istərdik ki, Bank Standard SMS məlumatlandırma xidmətini də tamamilə bərpa edib.
TBCKredit-dən girovsuz kreditin məbləği 15 000 AZN oldu!
TBC Kredit girovsuz kreditin məbləğini 15 000 AZN –dək artırdı. “Sərbəst kredit”- istənilən məqsədə verilən girovsuz və zaminsiz* kreditdir.
Minimum sənəd tələb olunan bu kredit müraciətinə 1 iş günü ərzində baxılır.
Niyə məhz “Sərbəst kredit”? Niyə məhz TBC Kredit?
Kreditin 5 üstünlüyü:
1-ci üstünlük
Artıq kredit 15 000 AZN dən çox olmamaq şərti ilə Sizin əmək haqqınızın maksimum 10 misli həcmində verilir.
Xəzri ilə pul köçürmək və pul almaq havayı oldu!
Avqust ayından başlayaraq bu iki ölkə arasında “Xəzri” vasitəsilə pul köçürmələrini indi biz həm pul köçürən, həm də pul alan üçün ödənişsiz edirik.
Kampaniya avqust ayının 31 -dək davam edəcək.
Avqust ayının 1-dən Kapital Bankın və onun Rusiyadakı tərəfdaşları «Пробизнесбанк» (bütün Rusiya üzrə 205 filial), «Столичный Кредит» (Moskvada 2 filial) filiallarında «XƏZRİ» pulköçürmə sistemi ilə Azərbaycan və Rusiya arasında edilən köçürmələrə görə müştərilərdən komissiya haqqı alınmır.
Unibankdan evdar xanımlara böyük sürpriz
Unibankdan kredit götürmək istəyən evdar xanımlara böyük sürpriz. Evdar xanımların kredit alması üçün həyat yoldaşının və ya övladlarının iş yerindən arayış tələb olunmayacaq. Evdar xanımların bank filiallarına sadəcə şəxsiyyət vəsiqələri və nigah şəhadətnamələri müraciət etmələri kifayətdir. Kreditin maksimal məbləği isə 1500 manata qaldırılıb. Üstəlik xanımlara bankın kredit kartı da verilir ki, bu da Unibank məhsullarından və xidmətlərindən əlavə güzəşt hüququ verir.Qeyd edək Azərbaycanda ilk dəfə olaraq, Unibank evdar xanımlar üçün xüsusi şərtlərlə nağd kredit məhsulu yaradıb.