Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya V4 ölkələri ilə texnologiya əməkdaşlığını gücləndirir.
Banco.az xəbər verir ki, Yaponiya hökuməti Macarıstan, Polşa, Çexiya və Slovakiyadan ibarət Vişeqrad Qrupu (V4) ölkələri ilə qabaqcıl texnologiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəlib.
Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Xarici İşlər Naziri Motegi Toşimitsu Slovakiyaya səfəri çərçivəsində V4 ölkələrinin xarici işlər nazirləri ilə görüşüb.
Görüşdə tərəflər Yaponiya ilə V4 ölkələri arasında qabaqcıl texnologiya sahəsində əməkdaşlığın təşviq edilməsi barədə razılaşıblar.
Motegi səfəri zamanı Polşa Xarici İşlər Naziri Radoslav Sikorski ilə də ayrıca görüş keçirib. Görüşdə iki nazir Ukraynanın yenidən qurulmasına dəstəyin əlaqələndirilməsi məsələsində fikir birliyinə gəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
