"Volkswagen"də böhran dərinləşir | Banco.az

"Volkswagen"də böhran dərinləşir

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Volkswagen"də böhran dərinləşir.

Banco.az xəbər verir ki, tarixinin ən böyük yenidənqurma prosesindən keçən "Volkswagen"də baş verən son hadisə Almaniyanın avtomobil sənayesindəki böhranı daha da dərinləşdirib.

"Volkswagen" Müşahidə Şurası cümə günü keçirdiyi növbədənkənar iclasdan sonra İctimaiyyəti Məlumatlandırma Platforması vasitəsilə maliyyə hədəflərini aşağı yönlü yenidən nəzərdən keçirdiyini açıqlayıb.

Açıqlamada xüsusilə "Porsche" bölməsi üzrə yeni orta müddətli proqnozlar nəzərə alınmaqla təxminən 6 milyard avro məbləğində dəyərsizləşmə qeydə alındığı bildirilib.

Qrupun 2026-cı il üzrə birdəfəlik xərclərinin ümumi məbləğinin isə 10 milyard avroya çatdığı qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram