"Nvidia" rəhbərindən diqqətçəkən açıqlama: 2030-cu ildə dünyanın sonu gələcək? | Banco.az

"Nvidia" rəhbərindən diqqətçəkən açıqlama: 2030-cu ildə dünyanın sonu gələcək?

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Nvidia" rəhbərindən diqqətçəkən açıqlama: 2030-cu ildə dünyanın sonu gələcək? 

Banco.az xəbər verir ki, "Nvidia" şirkətinin baş icraçı direktoru (CEO) Censen Huan süni intellektin bəşəriyyət üçün yox olmaq təhlükəsi yaratmadığını bildirərək süni intellektlə bağlı fəlakət ssenarilərinə dair mövqeyini bir daha ifadə edib.

"CBS News"a müsahibəsində Huan deyib: “Necə adlandırılmasından asılı olmayaraq, 2030-cu il dünyanın sonu olmayacaq. Dünyanın sonunun gəlməsi ehtimalı 0 faizdir.”

Baş icraçı direktor son günlər qatıldığı bir neçə tədbirdəki çıxışlarında da süni intellektin təhlükəsiz şəkildə idarə oluna biləcəyi ilə bağlı mövqeyini təkrarlayıb. Şirkəti süni intellekt çiplərinin ən böyük təchizatçısı olan Huan əlavə olaraq yeni tənzimləmələrə ehtiyac olmadığını müdafiə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram