Müəllif: Tamara Mustafayeva, Banco.az
G7 strateji neft ehtiyatlarının istifadəsi məsələsini yenidən müzakirə edəcək.
Banco.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron strateji neft ehtiyatlarının dövriyyəyə buraxılması ehtimalını müzakirə etmək üçün qarşıdakı həftələrdə G7 ölkələrinin iclas keçirəcəyini açıqlayıb.
Ukrayna və Yaxın Şərqdəki münaqişələr nəticəsində enerji qiymətlərində kəskin artımın iqtisadi artımı zəiflətməsi fonunda vəziyyətə qarşı tədbirlər görülməsi istiqamətində səylər də sürətlənib. Fransa Prezidenti Makron Parisdə keçirdiyi mətbuat konfransında G7 ölkələrinin bir araya gətiriləcəyini bildirib.
Makron deyib: “Qarşıdakı həftələrdə həm G7 ölkələri və əsas tərəfdaşlarımız arasında əməkdaşlığı gücləndirmək və lazımsız gərginliklərin qarşısını almaq, həm də bir neçə ay əvvəl etdiyimiz kimi strateji ehtiyatlardan mümkün həcmlərin istifadəyə verilməsi və ya məhdudiyyətlərin aradan qaldırılması variantlarını qiymətləndirmək məqsədilə enerji məsələlərinə həsr olunmuş G7 iclası keçirəcəyik”.
Bizi sosial şəbəkələrdən izləyin!!
