Rusiyada "Nestle" və "Auchan"ın törəmə şirkətlərinə müvəqqəti idarəçi təyin edilib | Banco.az

Rusiyada "Nestle" və "Auchan"ın törəmə şirkətlərinə müvəqqəti idarəçi təyin edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada "Nestle" və "Auchan"ın törəmə şirkətlərinə müvəqqəti idarəçi təyin edilib.

Banco.az xəbər verir ki, Rusiyada İsveçrənin qida şirkəti "Nestle" və Fransanın supermarket şəbəkəsi "Auchan"ın ölkədəki aktivlərinin idarə olunması üçün müvəqqəti idarəçi təyin edilib.

Rusiya Prezidenti Vladimir Putinin imzaladığı yeni fərmana əsasən sözügedən şirkətlərin aktivləri müəyyən müddət ərzində dövlət nəzarətində olan yerli şirkət tərəfindən idarə olunacaq. Bu çərçivədə "Nestle"nin Rusiyadakı aktivlərinin idarə edilməsi Moskva mərkəzli "LEV Management" şirkətinə verilib.

Rusiya mediasında yayılan xəbərlərdə bildirilir ki, logistika şirkəti "KS Logistika" "Nestle"nin Rusiyadakı zavodlarından ixracı dayandırması və istehsal gücünü artırmamaq qərarına gəlməsi səbəbilə daha əvvəl müvəqqəti idarəçi təyin olunması üçün müraciət edib. Sözügedən qərarın "Nestle"nin beş müxtəlif bölməsinə birbaşa təsir etdiyi qeyd olunub.

Bunun ardınca "Nestle"dən verilən açıqlamada fərmanla bağlı məlumatın əldə edildiyi və vəziyyətin, eləcə də hüquqi imkanların diqqətlə qiymətləndirildiyi bildirilib.

Açıqlamada qeyd olunub: “Şirkətimiz əməkdaşlarının maraqlarını nəzərə almaq, onların hüquqlarını qorumaq və kommersiya fəaliyyətinin davamlılığını təmin etmək üçün bütün zəruri addımları atacaq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram