Uğurlu korporativ mühitin formalaşması üçün vacib olan addımlar - AÇIQLAMA | Banco.az

Uğurlu korporativ mühitin formalaşması üçün vacib olan addımlar - AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Adətən şirkətlərin quruluşu və strukturu bir çox faktorlara əsaslanır.

Banco.az xəbər verir ki,  bunlar arasında şirkətin hədəfləri, ölçüsü, fəaliyyət sahəsi və hüquqi tələblər mühüm rol oynayır.

Bu barədə danışan insan resursları üzrə mütəxəssis Aysel Əliyeva bildirib ki, bu gün daha çox müzakirə edilən şirkətlərin daha düzgün formalaşması mövzusudur. Ekspert vurğulayıb ki, hazırda şirkətlərdə əməkdaşlar yazılmamış qanunlara və ya qaydalara deyil, məhz yazılmış qaydalara əməl edirlər:

Ekspert hesab edir ki,  bunun üstün və mənfi cəhətləri ola bilər:

Ən sərfəli kredit üçün müraciət et

”Şirkətlərdə mövcud və ya yeni gələn əməkdaşlar yazılmış qaydalarla tanış olur və nəyi edib, nəyi etməyəcəklərini aydın başa düşürlər. Nəticələri barədə aydın təsəvvürləri olur. Yazılmış qaydalara əməl etməmənin də xoşagəlməz nəticəsi qaçınılmaz olur. Bəzən rəhbərlik düşünür ki,  şirkət daxilində öncədən mövcud olmayan qaydalar (informal) yazıldıqdan sonra möcüzəvi şəkildə işə yaraya bilər.
Təcrübəmə əsasən deyə bilərəm ki, əgər şirkət daxilində korporativ mühit yaradılmasını istəyiriksə, bunu öncədən iyerarxiyanın ən yuxarı səviyyəsindən başlayaraq davranışlarımızla aşılamalıyıq”.

Qeyd olunub ki, şirkətin mühitə uyğunlaşa bilməsi üçün çevik struktura malik olması vacibdir. Bu, xüsusilə texnologiya və rəqəmsallaşma ilə bağlı sektorlarda daha əhəmiyyətlidir, çünki dəyişikliklərə tez reaksiya vermək lazımdır. Hər bir şirkət öz xüsusiyyətlərinə və bazar şərtlərinə əsaslanaraq özünə uyğun ən effektiv təşkilati strukturu seçir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et