Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının ABŞ-ın nəzarəti altında olduğunu iddia edərək, onun adının dəyişdirilməsini təklif edib.
Banco.az xəbər verir ki, Tramp sosial media hesabında Hörmüz boğazı ilə bağlı paylaşım edib.
O, bildirib ki, indi bu boğaza nəzarət etdiyimiz üçün onu Tramp boğazı adlandırmalıyıqmı? Amerikanın özü kimi, bu boğaz da əvvəlkindən daha populyar olardı.
Qeyd edək ki, ABŞ prezidenti əvvəllər Hörmüz boğazının Amerika donanmasının nəzarəti altında olduğunu və bölgənin "ABŞ ərazisi" hesab edilə biləcəyini bildirmişdi.
