CV - yəni işə müraciət forması iş həyatımızda böyük önəm kəsb edir. Bu forma işə götürəcək insana bizi təqdim edir, haqqımızda ilkin rəy formalaşdırır. Buna görə də CV iş həyatına yeni başlayan gənclər üçün daha çox vacibdir. Çünki CV sizin işə götürənlə yaratdığınız ilk əlaqədir və peşəkar profilinizi təqdim edir. Bu səbəbdən hər bir gənc peşəkar CV hazırlamaq üçün çalışır. Bəs tələbələr CV-lərinin formalaşması üçün nə edirlər? Ümumiyyətlə, tələbəlik illərində zəngin CV-yə sahib olmaq mümkündürmü?
Banco.az saytının CV-lər ilə bağlı məsləhətlərini də unutmayın.
Savadlı tərtib edilmiş CV necə olmalıdır?
Turan Rzayev:
– Universitet həyatı başlayanda, əslində tələbə üçün karyera həyatı da başlamış olur. Çünki təhsil yalnız nəzəri biliklərdən deyil, həm də praktiki biliklərdən ibarətdir. Tələbə məhz tələbəlik illərindən etibarən CV-ni formalaşdıracaq proseslərdə iştirak etməlidir. Mən istər universitet daxilində, istərsə də xaricində ictimai işlərdə aktiv fəaliyyət göstərmişəm. 3 il universitetin tələbə cəmiyyəti təşkilatının sədri olmuşam, bir çox tədbirlərdə iştirak edirdim. Bu, mənim həm öz ixtisasım, həm də şəxsi inkişafım baxımından böyük töhfədir. Digər bir tərəfdən ölkəmiz məhz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib ki, bu tədbirlərin də həyata keçirilməsində Azərbaycan gəncliyi önəmli işçi qüvvəsidir. İstər Olimpiya Oyunları, istər Formula 1, istərsə də İslam Oyunlarında biz tələbələrin təcrübə toplaması üçün böyük imkanlar yaradılıb. Hər birində iştirak etdim və bunların hamısı mənim karyeram üçün ilkin tramplin rolunu oynadı.
Aydan Quliyeva:
– Məncə, CV-də hər şeydən öncə dil faktoru çox vacibdir. Hazırda işə qəbul prosesində biliklə yanaşı, dilə çox önəm verirlər. Nə qədər könüllü olsan da, çox dil bilənlərin CV-si bir addım öndədir. Mənim ixtisasım tərcümçilikdir. İkinci kurs tələbəsiyəm. İngilis dilini ana dilim kimi bilirəm. Amma fərqindəyəm ki, Azərbaycanda ingilis dilini bilənlərin sayı kifayət qədərdir. Bu səbəbdən ikinci dil kimi Çin dilini öyrənirəm. Hansı ki, ölkədə ona tələbat çoxdur, amma bu dili bilən azdır. CV-mə ingilis dili ilə yanaşı Çin dilini də əlavə etsəm, sözsüz ki, mənim CV-im digərlərindən bir addım öndə olacaq. Təbii ki, konfranslar, tədbirlər də önəmlidir. Amma məncə, insan dil bilikləri üzərində çalışmalıdır. Universitetimizdə xarici dillərin tədrisinə çox böyük önəm verilir. Hər bir tələbənin qarşısına qoyulan vəzifələrdən biri də odur ki, artıq ikinci kursda mühazirələri mənimsəyə biləcək səviyyədə xarici dil biliklərinə sahib olmalıdır.
– Hər bir aspekt, arqumentlər tutarlıdır. Ancaq bir fərqli cəhət də var ki, məsələn, biz fərd kimi dünyaya gəlirik. Məktəb, lisey, sonra universitet həyatımız başlayır. Biz hamımız Rüstəmin də dediyi kimi, yalnız oxumağa, imtahanlara hazırlaşmağa vaxt ayırırıq. Amma bir şeyi unuduruq ki, sosial həyat deyə bir anlayış da var. Müasir dövrdə həqiqətən də dövlət bunun üçün bəzi proqramlar hazırlayır. Hətta məktəb vaxtından tələbələrin elmi dərəcələrini praktikaya çevirə bilmələri, konfranslarda iştirak etmələri üçün kifayət qədər şərait yaradılıb. Sırf məktəblilər üçün belə, könüllülük proqramları mövcuddur. Daha sonra yarışlar təşkil olunur və s. Bunların hamısı fərdin şəxsiyyət olması üçün vacibdir. Amma problemlər də az deyil. Universitetə gələn tələbələr düşünürlər ki, yenə də məktəbdə etdiklərini təkrar edəcəklər, dərs oxuyub imtahandan keçəcəklər. Və sonradan iş tapacaqlar. İş tapa bilməyəndə isə, müvafiq yerləri təqsirkar bilirlər. Universitet daxilində müxtəlif klublar açılır ki, tələbələr öz biliklərini, daxili tələbatlarını bu klublarda praktikaya çevirə bilərlər. Tələbə universitetdə həm ixtisasını, həm də hobbilərini inkişaf etdirə bilir. Bizim hər birimiz tələbəyik, hamımızın da universitet işlərində artıq müəyyən qədər təcrübəmiz var. Bunların hər birini CV-yə əlavə edəcəyik. Mən oxuyarkən universitetin mərkəzində çalışmışam, məqalələr yazmışam, təlimlərdə olmuşam. Hətta müəyyən müddət sənədlərlə də işləmişəm. Bu artıq CV-mi doldurmağa imkan verir. Hamı universiteti bitirən kimi, iş tələb edir. Təkcə universitet bitirmək, hər gün dərsə gedib-gəlmək səni mütəxəssis etmir axı... Əmək bazarında savadlı, dünyagörüşlü kadrlar lazımdır. Təbii ki, elmi bacarıqlar əsasdır, amma öyrəndiyini tətbiq etmək bacarığın da olmalıdır. CV-ni zənginləşdirmək üçün sosial aktivlik daha çox əhəmiyyət daşıyır.
Turan Rzayev:
Rüstəm Aslanov:
- Vaxt səmərəli bölünməlidir. Yəni insan qarşısına məqsəd qoyubsa, başa düşür ki, gün ərzində 24 saat var. Bunun 8 saatını yatacaq, qalanını fəaliyyətdə ola bilər. İnsan tənbəl deyilsə və istəmirsə ki, bütün vaxtını əyləncəyə sərf etsin, onda qarşısına qoyduğu məqsədə mütləq çatacaq. 6-ya kimi işləyirsənsə, əlbəttə, dərslərinlə məşğul olub dincəlmək üçün yata bilərsən. Əsas odur ki, insan tənbəl olmasın və düşünsün ki, bunu bacaracam. Düzdür, hamı böyük vəzifələrdə işləyə bilər. Amma tələbə vaxtı bu, mümkün deyil. Könüllülük etməklə gələcəyinizə yatırım qoyub, karyera yollarınızı aça bilərsiniz
Aydan:
Yadigar Nağıyev:
- Biz böyük iş istəyiriksə, böyük addımlar atmalıyıq. Universitet həyatında mübadilə proqramları var ki, tələbələr istifadə edib başqa ölkələrə gedə bilərlər. Təbii olaraq burada dil bilikləri birinci şərtdir. Mövlana, Erasmus proqramları var ki, ingilis dili səviyənizin və qiymətlərinizin normal olması kifayət edir ki, xaricə gedib bir neçə aylıq başqa universitetdə təhsil ala biləsiniz. Yəni tələbəlik illərində hər bir tələbənin 4 ildən sonra zəngin CV-yə sahib olması üçün kifayət qədər imkanlar var.
Kaspi.az