“Spotify”ın ikinci rüb gəliri 4,8 milyard avroya çatıb | Banco.az

“Spotify”ın ikinci rüb gəliri 4,8 milyard avroya çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Spotify”ın ikinci rüb gəliri 4,8 milyard avroya çatıb.

Banco.az xəbər verir ki, “Spotify”ın abunəçi sayı 300 milyonu ötüb.

Rəqəmsal musiqi platforması “Spotify” ödənişli abunəçilərinin sayının ilk dəfə 9 faiz artaraq 300 milyon həddini keçdiyini açıqlayıb. Platforma dünyanın ən çox istifadə olunan onlayn musiqi xidməti mövqeyini qorumaqda davam edir. Eyni zamanda, cari ilin ikinci rübündə aylıq aktiv istifadəçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 777 milyona çatıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, şirkət bu il müxtəlif regionlarda abunə haqlarını artırmasına baxmayaraq, ikinci rübdə abunəçi bazasını 9 faiz genişləndirə bilib. “Spotify” fitnes məzmunu və jurnal məqalələrinin səsləndirilmiş versiyalarını təqdim etməklə, konsert bileti satışını platformaya inteqrasiya etməklə, həmçinin fiziki kitabların satışını həyata keçirməklə xidmət çeşidini genişləndirməyə çalışıb.

“Spotify”ın ikinci rüb gəliri 4,8 milyard avroya çatıb

Şirkət ikinci rübdə gəlirlərinin illik müqayisədə 14 faiz artaraq 4,8 milyard avroya yüksəldiyini açıqlayıb.

“Spotify” eyni zamanda süni intellekt əsaslı funksiyaların inkişafına da diqqət yetirib. Şirkət müxtəlif mənbələrdən əldə edilən məzmun əsasında fərdiləşdirilmiş podkastlar hazırlamağa imkan verən alətləri istifadəyə verib. Bundan əlavə, may ayında “NotebookLM”ə bənzər funksiyaya malik eksperimental masaüstü tətbiqini də təqdim edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram