Müəllif: Gülnar Əhmədli, Banco.az
Çinin Hebey əyalətində yaşayan bir qadının illərdir davam etdirdiyi vərdiş sosial mediada gündəmə çevrilib.
Banco.az xəbər verir ki, qadın uşaqlıqdan bəri kəsdiyi dırnaqları atmaq əvəzinə toplayıb.
Zamanla xeyli miqdarda dırnaq toplayan qadın onları satışa çıxararaq qeyri-adi gəlir mənbəyi yaradıb.
Qadın topladığı dırnaqları kiloqramla satır və 1 kiloqramı üçün 21 dollar istəyir. İlk baxışda qeyri-adi görünən bu ticarətin Çində keçmişdən gələn ənənəvi tibb praktikaları ilə əlaqəli olduğu bildirilir.
Pekin Universitetinin əməkdaşı doktor He Lanın sözlərinə görə, insan dırnaqlarından keçmişdə Çin ənənəvi təbabətində müxtəlif məqsədlərlə istifadə olunub. Onun sözlərinə əsasən, 1960-cı illərə qədər Çində bəzi xəstəxanalarda ənənəvi tibb həkimləri tərəfindən insan dırnaqları müəyyən hallarda reseptlə təyin edilirdi.
Keçmişdə tətbiq olunan üsullardan birində dırnaqlar yandırılaraq külə çevrilir, daha sonra bu maddə ananın sinə nahiyəsinə tətbiq olunurdu. Bildirilir ki, körpə ana südü vasitəsilə həmin maddəni qəbul edirdi.
Hazırda elmi tibbi müalicə üsulu kimi qəbul edilməyən bu ənənəvi praktika Hebeydə yaşayan qadının illərlə topladığı dırnaqları satması ilə yenidən gündəmə gəlib. Kilogramı 21 dollardan satılan dırnaqları kimlərin və hansı məqsədlə aldığı barədə isə ətraflı məlumat verilməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
