Oxuduğumuz kitabı necə yaddaşımızda saxlayaq? | Banco.az

Oxuduğumuz kitabı necə yaddaşımızda saxlayaq?

Kitab oxumaq biliyin təməlidir.  Fikir vermisiniz bilmirəm, çox kitab oxuyanların düşüncələrini  yüksək dilə gətirmə qabiliyyəti və eyni zamanda nitqi olur.  Eyni zamanda kitab oxumaq fərqli dünyalara açılan qapıdır.  Lakin təkcə oxumaqla yetmir, oxuduqlarımızı da yadda saxlamaq lazımdır.   Bəs kitab oxuyarkən oxuduqlarımızı necə yadda saxlaya bilərik?

Söz uçar, yazı qalar

Çox insanın fikrincə , kitab oxuyarkən oxuduqlarımızı kitabın üstünə qey etmək və ya altından xətt çəkmək yaddaşımızda qalmasına olduqca köməklik göstərir. Lakin çoxu da fikirləşir ki, bu rəsm kitabı deyil ki altını-üstünü işarələyək. Belə düşünənlərə maraqlı bir məlumat, insan beyni vizual görünüşlərə yazılardan daha çox fokuslanır  və onları yadda saxlayır. Elə buna görə də balaca yaşlı uşaqlara üçün  rəsmi kitabı və ya şəkilli nağılların satışı bu amilə əsaslanır.

Kitabdan dəftərə

Çox insan kitabının üstünə yazmağı ona hörmətsizlik kimi qəbul edə bilər. Bu insanlara ikinci alternativ kimi , qeyd dəftəri tutulmasını məsləhət görmək olar.  Bu dəftərə önəmli bildiyiniz fikirləri qeyd edə bilərsiniz və həmin dəftərə maraqlı bir ad da fikirləşmənizi məsləhət görərdim.  Hətta bu dəftər bir kitab üçün yox bir-neçə kitab üçün olsa daha maraqlı olar, təsəvvür edin həmin dəftəri oxuduqca sözün məcazi mənasında  fərqli kitablardan bəhs edən bir səyahətə çıxmış olacaqsınız.

Sətirlər deyil, səhifələrin yeri bir başqadır.

Ən sərfəli kredit üçün müraciət et

Ola bilsin ki ayrı-ayrı sətirlərdəki ifadələr deyil, səhifələr sizi daha çox özünə çəkir. Bu zaman məsləhətim,  klassik rəngli kartlardan istifadə edərək, səhifənin ümumi məzmununu həmin karta qeyd etməkdir.  Rəngli kartların çoxluğu sizi qorxutmasın,  sizin onlardan əldə etdiyiniz məlumatların sonda çox köməkliyi dəyəcək.

Çox oxuyan yox, düzgün məkan seçmiş insan çox bilər.

Seçdiyiniz kitabı nə qədər səs-küylü yerdə oxusaz o qədər onu anlamaq ehtimalınız azalar. Ümumiyyətlə kitab oxumaqda məkan anlayışı çox önəmlidir.  Bu barədə sizə məsləhət gördüyüm yer Cofelər,səssiz kitabxanalar və ya evinizdəki pəncərənin kənarı :) .

Bəlkə bir az musiqi?

Çox insanların fikirlərinin əksinə olaraq, kitab oxuyarkən həzin musiqilər dinləməyin faydasının çox böyük olduğu düşüncəsindəyəm. Çünki çalınan hər bir nota kitabdakı ifadə ilə özəlləşir.  Kitaba fərqli bir məna yükləyərsiniz.

Zövqlər mübahisə edilmir, yuxarıdakılar bizim şəxsi fikirlərimizdir. Ola bilər ki, hamısı sizlərdə effektiv rol oynamadı . Əgər sizin də əlavə düşüncələriniz varsa, rəydə bu barədə fikir bildirməyiniz yaxşı olardı. 

Xəzər Aslanov. Banco.az

Hələ də oxumağa kitab axtarırsınız?