Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 % azalıb | Banco.az

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 % azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 280 milyon 18 min 870 ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 milyon 998 min ABŞ dolları (3 %) azdır.

Son 1 ildə Azərbaycanın Türkiyəyə ixracının dəyəri 2,9 % azalaraq 1 milyard 949 milyon 138 min ABŞ dolları, idxalının dəyəri isə 3,2 % azalaraq 1 milyard 330 milyon 880 min ABŞ dolları olub.

Hesabat dövründə Türkiyə ilə ticarət ümumi dövriyyənin 11,2 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 10 %-ni, Türkiyədən idxal isə ümumi idxalın 13,4 %-ni təşkil edib.

7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.