Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 25 milyon 625 min ABŞ dolları dəyərində 13 min 177 ton süd və qaymaq idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən süd və qaymağın miqdarı 3 824 ton və ya 40,9%, dəyəri isə 9 milyon 935 min dollar və ya 63,3% artıb.
Belə ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana 15 milyon 690 min dollar dəyərində 9 min 353 ton süd və qaymaq idxal edilib.
Qeyd edək ki, hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,26%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
