Bu il Azərbaycanda 762 ədəd notbuk istehsal edilib | Banco.az

Bu il Azərbaycanda 762 ədəd notbuk istehsal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 174,8 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 39,9 faiz azalmış, elektrik avadanlıqlarının istehsalı isə 7,6 faiz artıb.

7 ayda 762 ədəd notbuk (46,7% azdır), 720 ədəd stolüstü kompüter, 181 min ədəd ölçmə cihazları, 120 ədəd güc transformatorları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram