“OpenAI” 6,6 milyard dollar investisiya cəlb edib | Banco.az

“OpenAI” 6,6 milyard dollar investisiya cəlb edib

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “OpenAI” şirkəti 157 milyard dollar qiymətləndirmə ilə 6,6 milyard dollar cəlb edərək növbəti investisiya dövrünü uğurla başa vurub.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Xüsusilə, korporasiya texnologiya nəhəngləri “Microsoft” və “Nvidia” kimi böyük sponsorları, həmçinin vençur investorlarını - “Thrive Capital” və “Khosla Ventures”i cəlb edə bilib.

Ən sərfəli kredit üçün müraciət et

Agentlik qeyd edir ki, “Thrive Capital” “OpenAI”yə sərmayə üçün təxminən 1,2 milyard dollar ayırıb. Həmçinin “ChatGPT”nin yaradıcısı müəyyən gəlir hədəflərinə çatarsa, gələn il şirkətə daha 1 milyard dollar sərmayə qoymaq niyyətindədir.

Məlumata görə, chatbot tərtibatçısının bu il proqnozlaşdırılan gəliri 3,6 milyard dollara çata, artan itkilər isə 5 milyard dolları keçə bilər.

Qeyd olunub ki, şirkətin gələn il üçün gəlir hədəfi 11,6 milyard dolları keçə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et