Neft nəhəngi Meksika körfəzindəki iki neft müəssisəsində hasilatı dayandıracaq | Banco.az

Neft nəhəngi Meksika körfəzindəki iki neft müəssisəsində hasilatı dayandıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Shell” ehtiyat tədbiri olaraq Meksika körfəzindəki iki neft müəssisəsində hasilatı dayandıracağını açıqlayıb.

Banco.az xəbər verir ki, bazar günü Britaniyanın transmilli neft şirkəti “Shell” Meksika körfəzindəki “Stones” və “Appomattox” müəssisələrində istehsalı dayandıracağını elan edib.

"Biz qazma əməliyyatlarımızın bir hissəsini təhlükəsiz şəkildə dayandırmaq prosesindəyik və hazırda Meksika körfəzindəki hasilatımıza başqa heç bir təsir göstərmirik", - neft nəhənginin bəyanatında deyilir.

Digər tərəfdən, ABŞ Milli Qasırğa Mərkəzi Meksika körfəzi yaxınlığında yerləşən sistemin yaxın 48 saat ərzində qasırğaya çevrilmə ehtimalının 50 faiz olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et