Müəllif:Mehin Qasımova,Banco.az
Proqnozlaşdırma bazar platforması Kalşi 2026-cı il FIFA Dünya Kuboku zamanı gözləntiləri üstələyərək həm istifadəçi sayında, həm də əməliyyat həcmində rekord nəticələr əldə edib.
Banco.az xəbər verir ki, platforma turnir ərzində 27 milyard dollarlıq əməliyyat həcmi qeydə alıb və təxminən 3 milyon yeni istifadəçi qazanıb. Bu göstəricilər turnirdən əvvəl proqnozlaşdırılan 13 milyard dollarlıq əməliyyat həcmi və 1,5 milyon istifadəçi gözləntilərini təxminən iki dəfə üstələyib.
2026-cı il Dünya Kuboku ilk dəfə 48 komandanın iştirakı ilə keçirilib və FIFA tarixinin ən yüksək gəlir gətirən turniri kimi yadda qalıb. Meksikadakı Estadio Azteca stadionunda start götürən yarışın finalında İspaniya Argentinanı məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.
Kalşi və Polymarket kimi proqnozlaşdırma platformaları istifadəçilərə idman yarışları, seçkilər və digər mühüm hadisələrin nəticələri ilə bağlı proqnozlar verməyə imkan yaradır. Bu platformalar xüsusilə 2024-cü il ABŞ prezident seçkilərindən sonra sürətlə populyarlaşıb və qlobal istifadəçi bazasını genişləndirib.
