Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1 milyard 346.7 milyon manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 1,7% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 200.5 milyon manat və ya 17,5% çoxdur.
2025-ci ilin martın əvvəlində bu sektora kredit qoyuluşları 1 milyard 146.2 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
