İngiltərə iqtisadiyyatı mülayim artım göstərib | Banco.az

İngiltərə iqtisadiyyatı mülayim artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya iqtisadiyyatı üçün yanvar-mart dövrü üzrə artım proqnozu 0,7 faizə yüksəldilib.

Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) ilin birinci rübünə dair açıqladığı artım məlumatlarına görə, yanvar-mart dövrü üzrə daha əvvəl açıqlanan 0,6 faizlik artım proqnozu yuxarıya doğru yenidən nəzərdən keçirilib.

Məlumatlar göstərir ki, İngiltərə iqtisadiyyatı ilin ilk rübündə rüblük əsasda 0,7 faiz artıb. Böyük Britaniya iqtisadiyyatı 2023-cü ilin üçüncü və dördüncü rübündə daralma göstərmişdi.

Ölkə iqtisadiyyatı birinci rübdə illik müqayisədə 0,3 faiz artsa da, aprel ayında aylıq artım göstərməyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, bu dövrdə xidmət sektoru 0,8 faiz, sənaye sektoru 0,6 faiz artdığı halda, tikinti sektoru 0,6 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et