Banco.az sizin şəxsi inkişafınız üçün "Həftənin biznes kitabı" adlı layihəsinə artıq start verir. Tövsiyə edilən kitablar biznes və motivasiya ilə bağlı olmaqla, hər həftənin bazar ertəsi günlərində təqdim olunacaq. Bu kitablar ən çox satılan və uğur qazanmış biznesmenlərin tövsiyə etdiyi kitablar arasından seçilərək hazırlanır.
Layihənin ilk kitabını Napoleon Hill-in “Düşün və varlan” kitabı ilə başlayırıq.
Müəllif - “Uğur onu fikirləşənin yanındadır. Məğlubiyyət isə onu düşünəni izləyir” - sözləri ilə düşüncənin insan həyatında rolunun nə qədər əhəmiyyətli olduğunu vurğulayır. O, kitabın hər fəslində 500 kifayət qədər varlı insanın öz var-dövlətinə necə çatmasının sirlərini açıqlayır. “Uğurun formulu”nu 13 addımda izah edən amerikalı yazıçı bu kitabın hazırlanması üçün ömrünün 20 ilini araşdırmalara həsr edib. Kitab XX əsrin əvvəllərində yazılsa da, hələ də ən çox satılan kitablardan biridir.
Kitabı həm Azərbaycan, həm ingilis, həm də rus dilində kitab mağazalarından əldə edə bilərsiniz. Eyni zamanda, Youtube platformasından hər üç dildə dinləyərək, "uğurun formulu"nu öyrənə bilərsiniz.
Xoş mütailələr :)
Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova
Bizi sosial şəbəkələrdən izləyin!!
biznes kitabları, kitab tövsiyəsi, motivasiya kitabları, bestseller