Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 33 milyard 528,018 milyon manat təşkil edib.
Banco. az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,15 dəfə artaraq 48 570 olub.
BFB-nin dövriyyəsinin 78,1 %-i, yaxud 26 milyard 187,71 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 35 % azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 47,4 % azalaraq 4 milyard 568,134 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 39,45 % artaraq 2 milyard 772,173 milyon manat olub.
