Müəllif: Gülnar Əhmədli, Banco.az
Oxford Economics tərəfindən tərtib edilən 2026-cı il Qlobal Şəhərlər İndeksi açıqlanıb. Dünyanın müxtəlif yerlərinin 1000 şəhəri qiymətləndirən bu əhatəli siyahıya ABŞ-nin Nyu-York şəhəri başçılıq edir.
Banco.az xəbər verir ki, iqtisadi gücdən həyat keyfiyyətinə qədər bir çox fərqli meyar əsasında şəhərləri qiymətləndirən indeksdə Nyu-York dünyanın bir nömrəli şəhəri seçilib.
Nyu-Yorkdan sonra İngiltərənin paytaxtı London və Fransanın paytaxtı Paris gəlir. İlk 10-luqda ABŞ şəhərlərinin sayının çox olması da diqqətəlayiqdir.
Siyahıda ilk 10-luq aşağıdakı kimidir:
- Nyu-York - ABŞ
- London - İngiltərə
- Paris - Fransa
- Sietl - ABŞ
- San Fransisko - ABŞ
- Dublin - İrlandiya
- Boston - ABŞ
- San Xose - ABŞ
- Tokio - Yaponiya
- Sürix - İsveçrə
Oxford Economics Qlobal Şəhərlər İndeksi klassik turizm və ya sadəcə "yaşanabilirlik" reytinqi deyil. Tədqiqat dünyanın 1000 şəhərini beş əsas başlıq altında qiymətləndirir: iqtisadiyyat, insan resursları, həyat keyfiyyəti, ətraf mühit və idarəetmə.
Bizi sosial şəbəkələrdən izləyin!!
