Motivasiya insanın özündən başlayır. Düzdür, hər nə qədər Tedx kimi çıxışlardan güc tapsaq da nə isə etmək üçün ilk öncə özümüzə inanmalıyıq. İnsanın öz-özü ilə danışması qədər motivasiya verici nəsə yoxdur. Çünki insan öz-özünə danışdıqca həm ağzı işləyir, həm də qulağı. Bu funksiya sayəsində canlı orqanizma öz daxilində istər-istəməz güc tapır. Bəs motivasiya almaq üçün hansı ifadələri gündəlik işlətmək lazımdır?
1) Bunu bacara bilərəm.
2) Dünya üzərində görülmüş işlər sənin qədər bacarıqlı olmayan insanlar tərəfindən edilib.
3) Səhv yoxdur, sadəcə alınması lazım dərslər mövcuddur.
4) Nələri bilmədiyini öyrənmək üçün çoxlu çalışman lazımdır.
5) Nə üçün başladığını yaddan çıxartma.
6) Keçmişdə gözəl günlər keçirdim və gələcəyimdən mən cavabdehəm.
7) İmkansız deyilən bir ifadə mövcud deyil.
8) Bu günkü uğurun nə olacaq?
9) Bu mənim vəzifəm deyil, amma kimin vecinə?
10) Özümü başqaları ilə müqayisə etməkdən əl çəkəcəm.
Xəzər Aslanov. Banco.az