Müəllif: Tamara Mustafayeva, Banco.az
Fed 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırıb.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (Fed) faiz dərəcəsini 25 baza bəndi artırıb.
Beləliklə, bankın tətbiq etdiyi uçot dərəcəsi dəhlizi 3,75–4 faiz aralığına yüksəlib.
Neft qiymətlərindəki artım və son dövrdə ABŞ-də açıqlanan gözləntilərdən yüksək baza istehlak inflyasiyası göstəricilərindən sonra pul bazarları bu iclasda faiz dərəcəsinin 25 baza bəndi artırılmasını 90 faizlik ehtimalla qiymətləndirirdi. “Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların bir qismi də gözləntilərini yeniləyərək 25 baza bəndi artım proqnozu vermişdi.
ABŞ Prezidenti Donald Tramp bazar günü ABŞ-nin dünyada ən aşağı borclanma xərclərinə malik olması barədə mövqeyini bir daha ifadə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
