Buğda istehsalında azalma: Unun qiymətinə təsir edə bilər? | Banco.az

Buğda istehsalında azalma: Unun qiymətinə təsir edə bilər?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rəsmi məlumata əsasən, cari ilin may ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın bir tonunun orta qiyməti 367,31 manat təşkil edib. Bu ilin yanvar-aprel aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı 34,8 faiz azalıb. Statistikaya görə, taxıl biçini başlayandan sahələrdən 366 723 ton buğda yığılıb. Buğda sahələrinin 18,4 faizində biçin prosesi başa çatıb. 

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, ölkədə mövcud olan əkinə yararlı sahələrin bir hissəsində, örüş və təbii biçənək ərazilərinin isə yarısında yemçilikdə istifadə etmək məqsədilə ot kimi biçiblər.

Ekspert hesab edir ki, məsələnin digər tərəfi kombayn çatışmazlığı ilə bağlıdır. Nəticədə, yığımda yaranan problemlər səbəbindən məhsul toplamaqda çətinliklər yaşanır.

Bəs vəziyyət, unun və digər undan hazırlanan məhsulların qiymətinə təsir edə bilərmi?

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, narahatlığa əsas yoxdur.

Ekspert deyir ki, statistikaya nəzər salsaq, bu ilin ilk beş ayının ötən ilin müvafiq dövrü ilə müqayisədə daxili buğda istehsalında müəyyən artımlar olduğunu görə bilərik:
“Ölkədə taxıl idxalında da təqribən 10 faizə qədər azalma var. Statistikaya əsasən, ölkədə çörək istehlakında da səkkiz faizə qədər azalma qeydə alınıb.
Bu o deməkdir ki, əhalinin sayının artmasına baxmayaraq un məmulatlarına tələbat azalıb.  İnsanlar daha sağlam qidalanmağa üstünlük verirlər.
Ümumiyyətlə,  ölkədə əhalinin rifahını təmin edəcək qədər taxıl ehtiyatı var”.

Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına əsasən, bu günədək 400 min hektardan artıq taxıl sahəsində biçin aparılıb. Sahələrdən 878 min 173 ton arpa, 366 min 723 ton buğda yığılıb. Arpa sahələrinin 69,5 faizində, buğda sahələrinin isə 18,4 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sentner, buğda üzrə isə 34 sentner təşkil edir.

Ən sərfəli krediti almaq üçün müraciət et