Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN | Banco.az

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib.

Banco.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

    Fərmana əsasən, Azərbaycanın Dövlət Sığorta Kommersiya Şirkəti və “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv olunmları ilə əlaqədar siyahıdan çıxarılıb.