"BioNTech" Almaniya və Sinqapurdakı istehsal müəssisələrini bağlayır | Banco.az

"BioNTech" Almaniya və Sinqapurdakı istehsal müəssisələrini bağlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"BioNTech" Almaniya və Sinqapurdakı istehsal müəssisələrini bağlayır.

Banco.az xəbər verir ki, şirkətin açıqlamasında Almaniyanın Reynland-Pfalts əyalətindəki İdar-Oberşteyn, Hessen əyalətindəki Marburq və Baden-Vürtemberq əyalətindəki Tübingen müəssisələri, eləcə də Sinqapurdakı istehsal mərkəzləri üçün uyğun alıcının tapılmadığı bildirilib.

Mövcud çətin bazar və investisiya şəraiti səbəbindən qəbul edilən bağlanma qərarı çərçivəsində Tübingen müəssisəsinin 2027-ci ilin sonunda, Marburq müəssisəsinin 2028-ci ilin əvvəlində, İdar-Oberşteyn müəssisəsinin isə 2028-ci ilin sonunda fəaliyyətini tam dayandırması planlaşdırılır.

Sözügedən qərarın təxminən 1800 işçiyə təsir edəcəyi gözlənilir. "BioNTech" rəhbərliyi işdən çıxarmaların sosial baxımdan məsuliyyətli şəkildə həyata keçirilməsi və əlavə təzminat şərtlərinin müəyyənləşdirilməsi ilə bağlı işçi şurası ilə razılığa gəlindiyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram