"Deutsche Bank" misin qiymətlərində “ciddi çatışmazlıq” gözləntisi ilə proqnozunu yeniləyib | Banco.az

"Deutsche Bank" misin qiymətlərində “ciddi çatışmazlıq” gözləntisi ilə proqnozunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Deutsche Bank" misin qiymətlərində “ciddi çatışmazlıq” gözləntisi ilə proqnozunu yeniləyib.

Banco.az xəbər verir ki, "Deutsche Bank" analitiki Daniel Qali misin qiymətinin 2027-ci ilin ikinci rübündə bir ton üçün 22 min 50 dollara çatacağını gözləyir.

Qali elektron poçt vasitəsilə göndərdiyi qeyddə alıcıların “metal əldə etmək uğrunda tarixi mübarizə” apardığını və tədarükü təmin etmək üçün rəqabət etdiklərini bildirərək qiymətlərin artacağını gözlədiklərini qeyd edib.

Analitikin qeydində hazırkı ehtiyatların “misli görünməmiş dərəcədə aşağı səviyyələrə” gerilədiyi və “mis bazarının tələbat artımından likvidlik böhranına doğru keçid etdiyi” bildirilib.

Analitik qlobal mis bazarlarının artıq ABŞ-nin mövcud ehtiyat toplama tempini, Çinin ehtiyat yığımı fəaliyyətini, təmizlənmiş mis tədarükündə yarana biləcək ciddi fasilələri və ya qlobal bazar balansında gözlənilməz dəyişiklikləri qarşılaya bilməyəcəyini bildirib. Bu səbəbdən mis qiymətlərinin təxminən 50 faiz artacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram