“Apple”a 5,7 milyard dollarlıq patent cəriməsi | Banco.az

“Apple”a 5,7 milyard dollarlıq patent cəriməsi

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple”a 5,7 milyard dollarlıq patent cəriməsi.

Banco.az xəbər verir ki, ABŞ-də məhkəmə texnologiya şirkəti “Apple”ın iki patent hüququnu pozduğuna qərar verərək şirkəti təxminən 5,72 milyard dollar ödəməyə məhkum edib.

Məhkəmə prosesi zamanı “Taction Technology” şirkəti “Apple”ı “iPhone” və “Apple Watch” kimi cihazlarda titrəmə ilə xəbərdarlıq funksiyasını təmin edən “Taptic Engine” mexanizmində öz texnologiyasından icazəsiz istifadə etməkdə ittiham edib.

San-Dieqo Federal Məhkəməsində andlılar heyəti sözügedən iki patentdə nəzərdə tutulan ümumilikdə üç texniki xüsusiyyətin “Apple” tərəfindən pozulduğunu müəyyən edib. Bununla əlaqədar “Taction” şirkətinə 5,72 milyard dollar ödənilməsi qərara alınıb.

“Apple” qərardan şikayət edəcək

“Apple” qərarla razılaşmadığını və məhkəmə yolu ilə etiraz edəcəyini açıqlayıb. Şirkət “Taction”a məxsus hər hansı texnologiyadan istifadə etmədiyini bildirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram