Müəllif: Tamara Mustafayeva, Banco.az
“Lucid Motors” şirkəti 1500 işçisini işdən çıxarır.
Banco.az xəbər verir ki, ABŞ-nin elektrikli avtomobil istehsalçısı və texnologiya şirkəti “Lucid Motors” işçilərinin 12 faizini ixtisar etməsindən cəmi dörd ay sonra əməkdaşlarının daha 18 faizini, yəni təxminən 1500 nəfəri işdən çıxarmaq qərarı verib.
Şirkətin yaydığı açıqlamada bildirilib ki, Kasa-Qrande şəhərində yerləşən zavodda elektrikli avtomobil istehsalı üzrə ikinci növbə ləğv edilib.
“Lucid Motors”un yeni baş icraçı direktoru Silvio Napoli bildirib ki, bu qərar şirkətin strukturunu sadələşdirmək, fəaliyyətin icrasını daha səmərəli etmək və uzunmüddətli perspektivdə rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.
İxtisarlar ABŞ-də elektrikli avtomobil bazarının zəiflədiyi və iri avtomobil istehsalçılarının öz məhsul planlarından bəzi elektrikli model layihələrini çıxardığı bir dövrə təsadüf edir.
Bu addım həm də “Lucid Motors”un ilin sonlarında bazara çıxarmağa hazırlaşdığı ilk kütləvi istehsal modeli olan “Lucid Cosmos” adlı yolsuzluq avtomobilinin təqdimatı ərəfəsində atılıb. Daha münasib qiymətli elektrikli avtomobilin ilkin satış qiymətinin 50 min dollardan aşağı olacağı və şirkəti mənfəətliliyə aparan yola çıxaracağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
