Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini keçib | Banco.az

Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini keçib.

Banco.az xəbər verir ki, gömrük məlumatlarına əsasən, ötən ay qızıl idxalı təxminən 163 ton təşkil edib. Bu göstərici 2024-cü ilin mart ayından bəri qeydə alınan ən yüksək aylıq idxal həcmi olub.

2026-cı ilin ilk beş ayında qızıl idxalının ümumi həcmi təxminən 692 tona çatıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 76 faiz çoxdur.

Sonq Tsyanzen bildirib ki, Çində fiziki qızıl külçələrinə olan tələbatla yanaşı, qızıl yığım proqramları çərçivəsində metala artan maraq da bu yüksəlişin əsas hərəkətverici amilləri sırasındadır.

Qızılın qiyməti Yaxın Şərqdəki müharibənin yaratdığı qlobal inflyasiya narahatlıqlarının təsiri ilə yanvar ayında çatdığı rekord səviyyələrdən təxminən dörddəbir nisbətində geriləyib.

Yanvar ayında Çin istehlakçılarının güclü alışları qızıl bazarındakı sürətli yüksəlişin əsas səbəblərindən biri olmuşdu. Həmin dövrdən etibarən ölkədaxili tələbat müəyyən qədər zəifləsə də, ciddi azalma müşahidə edilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram