Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla ABŞ-nin ticarət dövriyyəsi 2026-cı ilin yanvar-mart aylarında 296 milyon 265 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 162 milyon 539 min dollar və ya 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan ABŞ-dən 273 milyon 969 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 115 milyon 982 min dollar və ya 2,3 dəfə çoxdur. ABŞ-yə ixrac isə 6,6 milyon dollar və ya 41,7% artaraq 22 milyon 296 min dollara yüksəlib.
Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 133,7 milyon dollar dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
