Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin iyun ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 59 milyard 183.7 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 4,7% artıb.
Belə ki, 1 iyun 2025-ci il tarixinə ölkə banklarının cəmi aktivləri 56 mlrd. 550 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 51 milyard 612 mln. manat, balans kapitalı 7 milyard 572 mln. manat olub.
May ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 3.2% və 3.9% artıb, balans kapitalı isə 1.2% azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
