Fiziki şəxslərin əmanətlərinin 70 faizindən çoxu milli valyutadadır | Banco.az

Fiziki şəxslərin əmanətlərinin 70 faizindən çoxu milli valyutadadır

Müəllif:Mehin Qasımova,Banco.az

Fiziki şəxslərin əmanətlərinin 70.4%-i (12,264 mln. manat) milli valyutada, 29.6%-i (5,162.1 mln. manat) xarici valyutadadır.

Bu barədə Banco.az Mərkəzi Banka istinadən  xəbər verir.

Fiziki şəxslərin əmanət portfelinin 64.4%-i (11,215.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri may ayında 2.1% və ya 235.3 mln. manat artıb, tələbli əmanətləri isə 1.3% və ya 81.3 mln. manat azalıb.